Tramp administrasiyası Qrenlandiyanın ilhaq edilməsi üçün bir neçə variantı, o cümlədən hərbi əməliyyatları müzakirə edir.

"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt CNN-ə açıqlamasında deyib. 

 

O xatırladıb ki, Tramp Qrenlandiyanın alınmasının ABŞ-nin milli təhlükəsizlik prioritetidir. 

Levitt bildirib ki, "Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün bir sıra variantları müzakirə edir və təbii ki, ABŞ hərbi qüvvələrindən istifadə həmişə baş komandan üçün mövcud olan bir seçimdir".