Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Malyuk sosial media hesabında açıqlama yayıb.
"Mən Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verirəm", - deyə o bildirib.
Ukrayna mediası əvvəllər Malukun SBU-nun "açıq-aşkar ticarət"də və "biznesləri ifşa etməkdə" ittiham olunduğunu bildirmişdi.
***09:02
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk istefa ərizəsi yazıb.
"Unikal" xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Qeyd olunur ki, SBU rəhbəri vəzifəsi uğrunda iki nəfər - sədr müavini Aleksandr Poklad və xüsusi əməliyyatlar mərkəzinin rəhbəri Yevhen Xmara mübarizə aparır.
Gülayə Mecid
