"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin dəyəri 1.32% azalaraq 1 barelə görə 59.90 ABŞ dolları təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1.72% azalaraq 56.15 ABŞ dollarına bərabər olub.