İranda İsrailin Mossad kəşfiyyat agentliyinə casusluq etməkdə ittiham olunan Əli Ərdəstani edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi yazıb. 

Ərdəstani İsrailin Mossad kəşfiyyat və təhlükəsizlik xidməti üçün casusluq etməkdə və ölkə ilə bağlı həssas və məxfi məlumatları İsrailə ötürməkdə günahkar bilinib.

İş materiallarına görə, ittiham olunan şəxs Mossad tərəfindən onlayn şəkildə cəlb edilib və razılaşdırılmış ödənişlər və yalan vədlər müqabilində verilən tapşırıqları yerinə yetirib.

Məhkəmə sənədləri, təsdiqedici dəlillər və səmimi etiraflar göstərir ki, Mossad zabitlərinin rəhbərliyi altında hərəkət edən Ərdəstani agentliyə konkret yerlərin şəkillərini və hədəflər haqqında məlumat verib. Hər missiyanı başa vurduqdan sonra o, kriptovalyuta ilə ödənişlər alıb.

İşdə həmçinin bildirilir ki, Ərdəstani İranın müxtəlif yerlərində Mossadla əlaqəli olduğu müəyyən edilmiş şəxslərlə şəxsən görüşüb, yeni tapşırıqlar almadan əvvəl toplanmış məlumatları, fotoları və videoları ötürüb.

Məhkəmə prosesinin bir neçə mərhələsində Ərdasani Mossad zabitləri ilə birbaşa əlaqələrindən tam xəbərdar olduğunu və bilərəkdən İranın düşmənlərinə dəyərli məlumatlar ötürdüyünü etiraf edib.

Ağarza Elçinoğlu