Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenskidən ukraynalıların Aİ ölkələrinə kütləvi şəkildə köçməsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kanslerin sözlərinə görə, Ukrayna hakimiyyəti sakinləri Avropa ölkələrinə köçməkdənsə, öz ölkələrində işləməyə məcbur etməlidir.

Merz vurğulayıb ki, "Ukrayna gənclərinin Almaniya, Polşa və ya Fransaya getmək əvəzinə, öz ölkələrində layiqli iş tapa bilmələrini təmin etməlidir".

Onun sözlərinə görə, bu mövzu Brüsseldə keçirilən görüşlərdə dəfələrlə qaldırılıb.