Sabunçu rayonunda maşın sərxoş kişini vurub.
"Unikal" xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.
Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
