Avstraliyanın Bondi çimərliyində baş verən atışmada ölən 12 nəfərdən əlavə, iki polis də daxil olmaqla 29 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə brifinqdə Yeni Cənubi Uels polis komissarı Mel Lanyon bildirib.
"Hazırda 12 nəfər ölüb. İki polis də daxil olmaqla daha 29 nəfər yaralanıb. Hamısı Sidney xəstəxanalarına aparılıb. İki polis və bir neçə nəfərin vəziyyəti ağırdır, qalan xəsarətlərin isə ağırlığı müxtəlifdir. Hamımız onların sağalması üçün dua edirik", - deyə ştat polis rəisi bildirib.
*** 14:00
Avstraliyanın Sidney şəhərində silahaliyalı hücum baş verib.
"Unikal" xəbər verir ki, iki naməlum silahlı şəxs Bondi çimərliyində insanlara atəş açıb.
Polis hücum edənlərin saxlanılması məqsədilə çimərlik zonasında xüsusi əməliyyat həyata keçirib.
Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı məlumata əsasən, polis Bondi çimərliyində baş verən hadisəyə dərhal müdaxilə edib və vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb.
Atışma nəticəsində 10 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var. Silahlı şəxslərdən biri zərərsizləşdirilib, digəri isə yaralanıb və ona ilkin tibbi yardım göstərilir.
