ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzla görüşü zamanı ikinci dəfə protokol qaydalarını pozub. 

"Unikal" xəbər verir ki, III Çarlz hərbçilərlə salamlaşma zamanı əvvəlcə Trampla toqquşub, daha sonra isə Ağ Ev lideri ondan qabağa keçərək hərbçilərə doğru addımlayıb. Kralın Trampdan geridə qalması isə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Tramp III Çarlzı qarşılama mərasimi zamanı protokol qaydalarını pozaraq kralın çiyninə toxunmuşdu. Belə ki, krala hər hansı fiziki təmas qadağandır.