Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İranın Londondakı səfiri Səid Əli Musəvini diplomatik missiyanın Telegram kanalında yayımlanan paylaşım səbəbindən nazirliyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Britaniya XİN bildirib ki, həmin məzmun və çağırışlar qəbuledilməzdir və zorakılığa çağırış kimi qiymətləndirilə biləcək hər hansı açıqlamaların qarşısı alınmalıdır.
Məlumata görə, paylaşımda Böyük Britaniyada yaşayan iranlıların ABŞ və İsrailin hərbi əməliyyatları fonunda “vətənin müdafiəsinə” qoşulmağa çağırıldığı qeyd olunub.
İran tərəfi isə ABŞ-la gərginliyin davam etdiyini və mümkün yeni toqquşmalara qarşı hazırlıqların aparıldığını bildirib.
