"Çestnıy znak" dövlət etiketləmə sistemi Ermənistan istehsalı olan "Cermuk" mineral suyunun Rusiya mağazalarında satışını dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Perspektivli Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupovun verdiyi məlumata görə, dövriyyədə 338 min butulka olub və hazırda yoxlamanın sonuna qədər bu sular bloklanıb.
Dövriyyənin dayandırılmasına səbəb "Rospotrebnadzor"dan gələn məktub olub. Agentlik orada Rusiya vətəndaşlarının həyatı və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyin vacibliyini qeyd edib. Bloklamanın səbəbi məcburi tələblərin pozulması kimi göstərilib.
Ağarza Elçinoğlu
