Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsində güclü yağış nətisəində evləri yararsız hala düşən vətəndaşlara maddi yardım göstəriləcək.
"Unikal"ın məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.
Belə ki, R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Qeyd edək ki, görüləcək işlərin icrası Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.
Xatırladaq ki, sözügedən mənzil kollektor xəttinin üzərində tikildiyi üçün sökülmüşdü.
