Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.
"Unikal" xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.
Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub.
