Şəmkirdə yol qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Şəmkir-Yenihəyat yolunda qeydə alınıb. Hərəktədə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Daha sonra avtomobili yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü C.Niftəliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Baş verən qəza ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov
