İmişli rayonunda meyit aşkarlanıb. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarovanın meyiti yaşadığı evin hamam otağında aşkarlanıb. 

Məlumata görə, qadın ötən gün qohumlarıgildə keçiriləcək toy mərasimi üçün kömək edib. Daha sonra evə gəldikdən sonra, meyiti hamamda aşkar edilib. Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev