Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub.
"Unikal" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzfiəyə hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilov təyin edilib.
Qeyd edək ki, Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Gənclər Fondunda icraçı direktorun müavini, 2023-2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb.
2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyətini davam etdirib.
