"2025-ci ildə Azərbaycan Çexiya ilə 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. Ötən il Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub ki, onunda 745 milyon dollar ixrac, 69 milyon dolları isə idxal olub".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Çexiyadan dərman vasitələri (1.219 milyon dollar), şəkərdən hazırlanan digər qənnadı məmulatları (734 min dollar), natrium sianidlər (691 min dollar), minik avtomobilləri üçün rezin şinlər (662 min dollar), plastik borular və şlanqlar (555 min dollar), metal konstruksiyalar (630 min dollar), immunoloji məhsullar (440 min dollar), plastik kütlədən hazırlanmış santexnika məmulatları (297 min dollar), maqnezium sulfat (208 min dollar) və digər məhsullar idxal olunub.
"Çexiyaya ixracatımızın əhəmiyyətli hissəsi xam neft və neft məhsullarıdır. Ötən il Azərbaycan Çexiyaya 742.2 milyon dollarlıq xam neft və neft məhsulları göndərib. Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında neftdən kənar sektorlar üzrə əməkdaşlığı gücləndirə bilər".
