Dünyaşöhrətli müğənni Rihanna müəlliminə jest edib.

"Unikal" xəbər verir ki, Barbadosda yoxsulluq içində yaşadığı illərdə məktəbə geyinməyə ayaqqabısı olmayan ifaçıya məhz müəllimi kömək olub. Belə ki, o, şəxsi vəsaiti hesabına Rihannaya ayaqqabı alıb.

Müğənni bu yaxşılığı cavabsız qoymayıb və hazırda maddi sıxıntısı olan müəlliminə möhtəşəm ev hədiyyə edib. Onun bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və istifadəçilər tərəfindən alqışlanıb.