Ural Federal Universitetinin (UrFU) Maliyyə və Kredit kafedrasının baş müəllimi Yuliya Volkova işindən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
İstefaya səbəb onun azərbaycanlı qız uşağı ilə bağlı paylaşımı olub. Belə ki, o, görünüşünə görə qız haqqında təhqiramiz şərhlər yazıb.
Universitetin Etika Komitəsi məsələni bu gün nəzərdən keçirib. Komitə üzvləri qeyd ediblər ki, bu cür davranış universitet işçisi üçün qəbuledilməzdir. Kafedra müdirlərinə vəziyyəti öz komandaları ilə müzakirə etmələri və komitənin mövqeyini bütün işçilərə çatdırmaları tövsiyə olunubq. Bundan əlavə, professor iclasdan bir gün əvvəl istefa ərizəsi təqdim edib.
Volkova əvvəllər keçmiş tələbəsinin altı yaşlı qızının şəklini sosial mediada paylaşıb və uşağın xarici görünüşü, o cümlədən etnik mənsubiyyəti barədə təhqiramiz şərhlər verib. Hadisə geniş ictimai etiraza səbəb olub.
Qızın anası uşağının səhhətində problemlər olduğunu və buna görə də bir az artıq çəkili olduğunu izah edib.
Ağarza Elçinoğlu
