"Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi baş verib". 

Bunu "Unikal"a açıqlamasında  AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev deyib. 

Onun sözlərinə görə, əraziyə dərhal FHN qüvvələri cəlb olunub: 

"Yanğın hadisəsi universitetin 1 saylı tədris binasının yaxınlığında, həyətdə qeydə alınıb. Yanğının tüstüsü 1 saylı tədris binasında hiss olunub. Buna görə də tədris binasında olan bütün tələbələr və əməkdaşlar təcili olaraq təxliyə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları tərəfindən söndürülüb, ərazi nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür". 

Gülayə Mecid