Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Nəticədə canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər. Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziya vurub.

Seymur Əli