Mingəçevirdə su xəttində baş verən qəzanın aradan qaldırılması ilə bağlı şəhərin bəzi istiqamətlərinin su təminatında fasilələr yaranıb və məhdudiyyətlər tətbiq olunur.
"Unikal"ın məlumatına görə, şəhərin Samux və Puşkin küçələrinin kəsişməsində su təchizatı xəttində qəza baş verib. Su Kanal İdarəsindən verilən məlumata görə qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərin Günəşli massivi, Şəfa massivi, 502 və 594 saylı məcburi köçkün yaşayış massivləri, Vaqif, Vidadi, Puşkin, Xocalı, Şuşa, İ.Qayıbov, D.Əliyeva, H.Z.Tağıyev, N.Nərimanov, A.Məmmədov, H.Aslanov və eləcə də 20 Yanvar küçəsinin H.Əliyev prospektindən yuxarıda qalan hissəsində su verilişində bu gün məhdudiyyətlər tətbiq olunur və 1 may tarixlində də təchizat məhdudlaşdırıla bilər.
Ehtiram Muradov
