İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını başa vurur.

"Unikal" xəbər verir ki, "İpsviç"də çıxış edən 40 yaşlı müdafiəçisi bu barədə sosial şəbəkə hesabında yazıb.

O, mayın 2-də futbolçu karyerasının son oyununa çıxacağını açıqlayıb: "Bu, yalnız uşaq vaxtı arzuladığım bir səyahət idi. Amma bu xəyalın bir sonu olmalıdır və şənbə günü peşəkar karyeramın son oyunu olacaq... ".

"İpsviç" mayın 2-də Çempionşipin 46-cı turunda QPR ilə üz-üzə gələcək.

Qeyd edək ki, İngiltərə millisində 39 oyun keçirən, 7 qol vuran  Eşli Yanq "Mançester Yunayted", "Aston Villa", "Everton", "Uotford" və "İnter" klublarında çıxış edib.