Avtomobil yollarında vəziyyət açıqlanıb.
"Unikal" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 1-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
