"TikTok"er Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb. 

Bu barədə "Unikal"a "TikTok"erin vəkili Vasif Mirzəyev məlumat verilib. 

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində  müvəkkilinin həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsatət verib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. 

Qərara əsasən, vəsatət təmin edilib və "TikTok"er ev dustaqlığına buraxılıb. Lakin onun barəsində ibtidai istintaq davam edir. 

Xatırladaq ki, "TikTok"erin həbs müddəti mayın 12-dək uzadılıb. 

Qeyd edək ki, ilk olaraq Nərimanov Məhkəməsində "TikTok"er Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri lə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Orxan Rasifoğlu