30.04.2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub. 

"Unikal" xəbər verir ki, bu barədə  TƏBİB məlumat yayıb.

Bildirilib ki, döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***01:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sözügedən məktəbin 9-cu sinif şagirdi olan 2011-ci il təvəllüdlü Ü.Niyazlı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ü.Niyazlını həmin məktəbin 8-ci sinif şagirdi aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Tural Əhmədov