Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin atası dindirilib. 

Şahid qismində ifadə verən Rahim Hüseynov təqsirləndirilən şəxslə qohum olduqlarını bildirib:

"Axşam saatlarında yatmışdım. Birdən qapı döyüldü bu təqsirləndirilən şəxsi gördüm. Bizə gəlməyinə səbəb oğlumun onun avtomobilini icazəsiz sürməsi və götürüb qaçması idi. İçəri dəvət etdim. Təqsirləndirilən şəxs içkili idi amma özünü idarə edə bilirdi. Oğlumla dalaşdılar. Mən onları ayırdım, lakin oğlumun boğazından bıçaqla xəsarət yetirmişdi".

Şahid onu da bildirib ki, təqsirləndirilən şəxslə barışıblar və heç bir şikayəti yoxdur.

Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.

Orxan Rasifoğlu