Üç keçmiş yüksək vəzifəli qırğız məmuru - Milli Təhlükəsizlik Dövlət Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyev, keçmiş deputat Kurmankul Zuluşev və Joqorku Keneşinin keçmiş spikeri Nurlanbek Turqunbek dövlət çevrilişinə cəhddə ittiham olunublar.
"Unikal" xəbər verir ki, bu barədə 24.kg nəşri məlumat yayıb.
Bildirilir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində dindiriliblər. Dindirmələr bir neçə saat davam edib və daha sonra onlar idarənin binasını tərk ediblər.
"Söhbət kütləvi iğtişaşların təşkili və müstəntiqlərin dövlət çevrilişi cəhdi kimi nəzərdən keçirdiyi hərəkətlərlə bağlı ciddi cinayətlərdən gedir",- nəşr aydınlaşdırıb.
Gülayə Mecid
