Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.

Bu barədə "Unikal"a ADY-dən məlumat verilib. 

Qeyd olunur ki, hazırda aidiyyəti üzrə araşdırma aparılır.

Bundan əlavə, ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır.

Gülayə Mecid