Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
