Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son gündə Madrid "Atletiko"su London "Arsenal"ını qəbul edəcək.

"Estadio Metropolitano"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı niderlandlı referi Denni Makkelie idarə edəcək.

Qeyd edək ki, ötən gecə PSJ evdə "Bavariya"nı üstələyib -5:4.