Bu ilin I rübündə Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində 227 layihə icra edilib, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 13,5 %-i və yaxud 365,4 milyon manatı istifadə olunub.
"Unikal" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitin 229,4 milyon manatı nəqliyyat layihələrinə (icra 23,1 %), 77,9 milyon manatı su təsərüffatı və meliorasiya layihələrinə (13,7 %), 20 milyon manatı sosial layihələrə (8,9 %), 18,1 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə (10,9 %), 20,1 milyon manatı sair layihələr üzrə (3,6 %) xərclərə yönəldilib. Energetika və sənaye layihələrinə isə vəsait ayrılmayıb.
Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 38-i nəqliyyat, 70-isu təsərüffatı və meliorasiya, 11-i energetika və sənaye, 39-u müdafiə və hüquq-mühafizə, 32-si sosial, 37-si isə digər layihələr olub.
