“Kontakt” mağazalar şəbəkəsi yeni ünvanlarda alıcılarına rahatlıq və sərfəli alış-veriş imkanı yaratmağa davam edir. Şəbəkə bu dəfə Xırdalan sakinlərini yeni mağazası ilə sevindirdi. Şəhərin mərkəzində yerləşən yeni mağazanın açılışı musiqili proqram, sürpriz hədiyyələr ilə gələn hər kəs üçün yaddaqalan olub. 

"Unikal" xəbər verir ki, müasir konsepti ilə fəaliyyətə başlayan üçmərtəbəli yeni “Kontakt” mağazasında artıq ev və gündəlik ehtiyaclar üçün hər şeyi bir arada tapmaq mümkündür. Burada smartfon, notbuk və televizor kimi rəqəmsal məhsullardan tutmuş, böyük və kiçik məişət texnikasına, qab-qacaq, ev tekstili və hər növ mebellərə qədər minlərlə məhsul çeşidi təqdim olunur. Hətta, mağazada velosiped və skuterlər, müxtəlif eynək modellərini də tapmaq mümkündür. Bundan əlavə, mağazada Uşaq zonası da düşünülüb ki, ailəvi alış-verişlər daha rahat və əyləncəli olsun.

Açılış günündə ziyarətçilərin üzünü güldürən əsas məqamlardan biri də 60%-dək endirimlər olub. Üstəlik, burada endirimli qiyməti elə yerindəcə 24 ayadək bölüb hissəli ödənmək imkanı da yaradılıb. Qeyd edək ki, açılışa özəl kampaniya şərtləri yalnız mayın 6-dək qüvvədə olacaq.

Bu günlər ərzində Xırdalandakı yeni “Kontakt” mağazasından:

Hətta, indi mağazada öz seçdiyiniz qoşanı ataraq aldığınız məhsulun 100%-dək dəyərini geri ala, finalda böyük mükafatı – 100 000 AZN-dək uduşu qazana bilərsiniz.

Odur ki, siz də həm sərfəli alış-veriş etmək, həm də geniş məhsul seçimindən faydalanmaq üçün Xırdalanda Misir parkının yanında yerləşən yeni “Kontakt” mağazasına baş çəkə bilərsiniz.