Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları baş tutacaq.
"Unikal" xəbər verir ki, "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq", Ukraynanın "Şaxtyor" komandası isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivini sınağa çəkəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Cavab matçları mayın 7-də keçiriləcək.
