Tanınmış iş adamı, "Bakı" FK-nın sabiq rəhbəri Hafiz Məmmədov (Hafka) və "Qarabağ"ın baş məşqçi Qurban Qurbanovun birgə fotoları gündəm olub.
"Unikal" xəbər verir ki, onlar idmançı Hacı Əliyevin doğum günündə bir araya gələrək foto çəkdiriblər.
Qeyd edək ki, Hafiz Məmmədov 2014-cü ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri itirməyə başlayıb. Böyük pay sahibinə çevrildiyi “Lans” klubu da əlindən çıxıb. Eyni zamanda “Bakı” klubu da fəaliyyətini dayandırıb. Hətta o, borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.
Daha əvvəl iş adamının "milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villasının olduğunu, lakin villalarını bu illər ərzində dəyər-dəyməzə satdığını yazmışdıq.
