Rusiya və Ukrayna arasında müharibə hələ də davam edir (24.02.2022 - indiyədək, - red.). İllərdir davam edən münaqişədə Ukraynanın hər bir ərazisi demək olar ki, hər gün bombardman edilir, PUA və raket hücumuna məruz qalır. Bunun fonunda paytaxt Kiyevin cənubunda yerləşən elit yaşayış məntəqəsi Konça-Zaspa diqqət çəkib. 

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, sözügedən əraziyə indiyədək nə bir raket, nə də dron düşüb. 

Maraqlısı budur ki, digər ərazilər Rusiyanın hədəfi olarkən, məhz bu bölgə Ukrayna hakimiyyəti tərəfindən qorunur. Məlumata görə, həmin ərazidə “Ukraynanın siyasi və iqtisadi elitası yaşayır”, eyni zamanda yüksək vəzifəli şəxslərin iqamətgahları yerləşir. 

Конча-Заспа Киев — откуда произошло название, какие есть предположения или  легенды, фото - Телеграф

"Konça-Zaspa uzun illərdir Kiyevin ən prestijli ətraf qəsəbələrindən biri hesab olunur. Burada həm özəl villalar, həm də dövlət obyektləri yerləşir. Onların arasında “Yuşşenkonun bağ evi” kimi tanınan dövlət iqamətgahı da var. Bu kompleks təxminən 4 min kvadratmetr sahəni əhatə edir və özündə kinoteatr, solyari, masaj otağı və bilyard zalı kimi müxtəlif infrastrukturu birləşdirir.

Санаторий «Конча-Заспа» Киев — Цены 2026 на Путевки

Qış aylarında baş verən elektrik kəsintiləri və kommunal problemlər fonunda Ukraynanın onlayn icmalarında paytaxtın müxtəlif ərazilərindəki həyat şəraiti arasındakı fərqlər daha çox müzakirə olunmağa başlayıb. Sosial şəbəkə istifadəçiləri Konça-Zaspadakı bəzi villalarda işıqların yandığını, paytaxtın digər hissələrinin isə qaranlığa qərq olduğunu iddia edən görüntülər paylaşıblar", - deyə mətbuatda qeyd olunub. 

Частная вилла. Конча-Заспа.

Rəsmi Kiyev mediada yayımlanan xəbərlərə münasibət bildirməyib. 

Gülayə Mecid