ABŞ İranla əlaqəli təxminən 500 milyon dollarlıq aktivləri ələ keçirib.

"Unikal" xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib. 

"Təxminən 350 milyon dollarlıq kriptovalyuta aktivlərini ələ keçirməyi bacardıq və bu yaxınlarda daha 100 milyon dollar əldə etdik və ümumi məbləği təxminən yarım milyarda çatdırdıq. Həmçinin bank hesablarını dondururuq", - deyə o, "Fox Business"ə verdiyi müsahibədə bildirib.

Bundan əvvəl Bessent bildirib ki, Vaşinqton Tehranla əlaqəli kriptovalyuta hesablarındakı 344 milyon dolları dondurub və İslam Respublikasını vəsait yaratmaq, hərəkət etdirmək və geri qaytarmaq imkanından məhrum etmək üçün tədbirlər görməyə davam edəcək.

Gülayə Mecid