Britaniya hakimiyyəti Şotlandiya meşəsində öz "krallığını" quran 36 yaşlı afrikalı kişini deportasiya edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Scottish Sun" qəzeti məlumat yayıb.
Qana vətəndaşı olan Kofi Offe, Şotlandiyanın Cedburq şəhəri yaxınlığındakı düşərgədə altı ay Zimbabveli bir qadın və bir amerikalı qulluqçu ilə birlikdə yaşayıb. Onlar meşədə çadırlar qurub və insanları özləri ilə yaşamağa dəvət edərək, Kubala krallığını qurduqlarını iddia ediblər.
Hakimiyyət orqanları dəfələrlə Offe və qadınları meşədən qovub. Ötən ilin oktyabr ayında afrikalı vizasının müddəti bitdiyinə görə həbs edilib. Bundan altı ay sonra özünü kral elan edən şəxs vətəninə deportasiya edilib. Hər iki qadın uşaqlarına laqeyd yanaşmaqda ittiham olunaraq həbs olunub.
Offe Qanaya çatdıqdan sonra dərhal ölkəni ələ keçirmək niyyətini bildirib. O, polisin onun tərəfini tutacağına və bütün yüksək vəzifəli məmurların ona baş əyəcəyinə əminliyini ifadə edib. Özünü monarx elan edən şəxsin sözlərinə görə, tezliklə ona çoxsaylı tərəfdarlar qoşulacaq.
Ağarza Elçinoğlu
