UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Atletiko" (İspaniya) - "Arsenal" matçının (1:1) fasiləsində qalmaqal baş verib.
"Unikal" xəbər verir ki, hadisənin mərkəzində Madrid klubunun baş məşqçisi Dieqo Simeone, oğlu Giuliano Simeone ilə "Arsenal"ın futbolçusu Ben Uayt (Ben White) olub.
Hadisə komandalar paltardəyişmə otaqlarına yollanarkən tunelin girişində yaşanıb. Məlumata görə, Ben Uayt "Atletiko" Madridın loqosunu təsadüfən ayaqlayıb.
Bu hərəkət Simeone ailəsinin narazılığına səbəb olub və tərəflər arasında sözlü gərginlik yaranıb. Əvvəlcə Dieqo Simeone tərəfləri ayırmağa cəhd edib, sonradan isə özü də Uaytla mübahisəyə girişib. Vəziyyətin daha da böyüməsinin qarşısını stadionun təhlükəsizlik əməkdaşları alıb və müdaxilə edərək onları ayırıblar.
