Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İrpen şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb. 

"Unikal" xəbər verir ki, bu barədə mer vəzifəsini icra edən və İrpen Şəhər Şurasının katibi Angela Makeyeva bildirib.

Müvafiq qərar İrpin Şəhər Şurasının iclasında qəbul edilib: "Biz bir icma olaraq Azərbaycan xalqı və şəxsən Prezident İlham Əliyevlə uzun bir dostluq və tərəfdaşlıq tarixinə malikik. Əməkdaşlıqdan əlavə, bizi sıx mədəni və tarixi əlaqələr və ortaq sülh arzusu birləşdirir".

Xatırladırıq ki, Azərbaycan tərəfinin köməyi ilə İrpendə Dilçilik Liseyi və şəhər poliklinikası artıq bərpa olunub. Yeni elektrik avtobuslarının təchizatı da gözlənilir. Bundan əlavə, bu il Mədəniyyət Evinin, Gənclər və İdman Məktəbinin və bir sıra yaşayış obyektlərinin yenidən qurulması planlaşdırılır.

Ağarza Elçinoğlu