Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir müddət əvvəl Ermənistanın Kotayk rayonunun Arzakan kəndi yaxınlığında yerləşən Ağveran kurortunu tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Qeyd edək ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ağverandakı "Apricot Hotels & Resort"da idi. 

Ş.Mustafayevin kurort zonasında erməni iş adamları ilə görüşdüyü deyilir.

***15:48

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

"Unikal"ın məlumatına görə, nümayəndə heyəti Ağverandakı "Apricot Hotels & Resort" hotelində yerləşib. 

Polis hotelə aparan yolu bağlayıb və jurnalistlərin hotel ərazisinə yaxınlaşmasına icazə verilmir.

Ağveran Ermənistanın Kotayk rayonunun Arzakan kəndi yaxınlığında yerləşən, dağ-meşə landşaftlı tanınmış kurort və istirahət zonasıdır. 

Ağarza Elçinoğlu