Asiya İnkişaf Bankı (AİB) Ləzizə Sabirovanı AİB-nin Ermənistandakı Daimi Nümayəndəliyinin yeni direktoru təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Sabirova AİB-nin Ermənistandakı əməliyyatlarına rəhbərlik edəcək, Bankın əməliyyat yanaşmasının tətbiqinə nəzarət edəcək, müştəri münasibətlərinin gücləndirilməsinə və daimi missiyaya rəhbərlik edəcək. O, həmçinin Bankın Ermənistandakı strateji prioritetlərinin, o cümlədən infrastrukturun inkişafı, özəl sektorun rəhbərlik etdiyi artım, insan inkişafı, iqlim və fəlakətlərə davamlılıq kimi məsələlərin irəlilədilməsində əsas rol oynayacaq.
Qeyd edək ki, Ləzizə Sabirova əslən qazaxıstanlıdır.
Ağarza Elçinoğlu
