"Konyaspor" - "Fənərbaxça" matçı zamanı stadionun üzərindən uçan F-16 və Sikorski UH-60 helikopterləri müzakirə mövzusuna çevrilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Belə ki, "Konyaspor"un "Fənərbaxça"nı məğlub etdiyi oyunda, ilk hissədə stadionun üzərindən uçan  F-16 və Sikorski UH-60 diqqət çəkib.

Uçuşların "Konyaspor"la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri general-mayor Mete Kuşun əmri ilə həyata keçirildiyi məlum olub. Bu, Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayor Mete Kuş başqa vəzifəyə təyin edilib. O, Konyadakı 3-cü Əsas Reaktiv Baza və Qarnizon komandiri vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb. 

Bu təyinat Türkiyə Silahlı Qüvvələri daxilində "vəzifənin aşağı salınması" kimi şərh edilib. 

Gülayə Mecid