Azərbaycanda rəsmi səfərdə olan Almanya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun sədri Mirze Edisin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Şəhidlər xiyabanını ziyarət edib.
"Unikal" xəbər verir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
