Kosovo Respublikasının prezidenti Vjosa Osmani parlamenti buraxıb və yeni növbədənkənar seçkilər təyin edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Osmani parlamenti martın 6-da, qanunvericilərin müəyyən edilmiş müddət ərzində yeni dövlət başçısını seçə bilməməsinə görə buraxıb.
Qeyd olunur ki, parlamentin prezident seçmək üçün 5 martın sonuna qədər vaxtı var idi, lakin Kosovonun hakim Öz Müqəddəratını Təyin Etmə Partiyası sessiyada minimum iştirakçı sayını təmin edə və müxalifət deputatlarını öz namizədi, Kosovo Assambleyasının spikeri Qlauka Konjufçun ətrafında birləşdirə bilməyib. Qeyd olunur ki, müxalifət partiyaları öz namizədlərinin irəli sürülməsini tələb ediblər.
Osmani bildirib ki, "Prezident seçə bilməyən parlament, hazırda etməyə çalışdıqları kimi, prosesi qeyri-müəyyən müddətə uzada bilməz".
