Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zaman komitə sədri bildirib ki, bu məsələ nəzərdə tutulmayıb.
O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur: "Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur. Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn, Türkiyədə fevralın 1-dən güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollarlıq məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar xaricdən aldıqları məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir".
