Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.