Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nümayəndələrinə ABŞ prezident komandası ilə əlaqə saxlamağı və Rusiyanın Qələbə Günü üçün atəşkəs təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
"Dəqiq nəyin müzakirə olunduğunu müəyyən edəcəyik: Moskvada keçirilən parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey. Təklifimiz uzunmüddətli atəşkəsdir, insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh təmin etməkdir". O əlavə edib ki, Ukrayna bu məqsədə "istənilən ləyaqətli və effektiv formatda" çatmağa hazırdır.
Bir gün əvvəl Vladimir Putin Donald Trampla telefon danışığında Qələbə Günü paradı üçün Rusiya və Ukrayna arasında atəşkəs elan etməyi təklif etmişdi.
