Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Gündüz Abbasov ifadə verib. O, ittiham aktında qeyd olunan, imtahanda istifadə üçün abituriyentlərə verilən qurğuların satışı ilə məşğul olmadığını deyib. Qeyd edib ki, sadəcə, 2 nəfərə cihaz verib, quraşdırmağa kömək edib, qalan şəxslərlə bağlı proses isə Kamran Əsədovun iştirakı ilə baş verib.
Dövlət ittihamçısı onun ifadələri arasında ziddiyyətlər olduğunu deyib.
Növbəti prosesdə Kamran Əsədovun ifadə verəcəyi bildirilib.
Proses mayın 25-də davam etdiriləcək.
*** 17:27
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
"Unikal"ın məlumatına görə, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub. Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasov və DİM nümayəndələri iştirak edirlər. Hazırda prosesdə davam edir.
Xatırladaq ki, proses şahidlərin iştirakı olmadan keçirilir.
Qeyd edək ki, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib.
Tural Əhmədov
