İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

"Unikal" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

- İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri

s.s

Rayon adı

Sahə

İstiqamət

Məlumat

Qeyd

1

Xocavənd

11175 ha

 (19 massiv)

1. Əkinçilik

550 ha

 (3 massiv)

 

2. Bağçılıq

50 ha

(1 massiv)

 

3. Aqroturizm

75 ha

 (4 massiv)

 

4. Heyvandarlığın inkişafı

10500 ha (11 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

2

Xocalı

1800 ha

 (6 massiv)

1. Bağçılıq

350 ha

 (2 massiv)

 

2. Heyvandarlığın inkişafı

1450 ha

(4 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

3

Zəngilan

230 ha

 (2 massiv)

1. Bağçılıq

230 ha

(1 massiv)

 

4

Cəbrayıl

510 ha

(massiv)

1.Əkinçilik

400 ha

(1 massiv)

 

2. Heyvandarlığın inkişafı

110 ha

(1 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

5

Füzuli

2005 ha

(6 massiv)

1. Heyvandarlığın inkişafı

2000 ha (5 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

2. Balıqçılıq

5 ha

 (1 massiv)

 

 

 

 

6

Ağdərə

1480 ha

(6 massiv)

1.Əkinçilik

20 ha

(1massiv)

 

2. Heyvandarlığın inkişafı

1400 ha

 (4 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

3. Bağçılıq

60 ha

(1 massiv)

 

 

7

Ağdam

2016 ha

(massiv)

1. Heyvandarlığın inkişafı

1116 ha

(4 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

2. Əkinçilik

550 ha

(2 massiv)

 

3. Bağçılıq

350 ha

(3 massiv)

 

 

8

Qubadlı

1158 ha

(massiv)

1. Əkinçilik

80 ha

 (1 massiv)

 

2. Heyvandarlığın inkişafı

1070 ha

(3 massiv)

Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər

3. Balıqçılıq

8 ha

(2 massiv)

 

9

Laçın

665 ha

 (5 massiv)

1. Heyvandarlığın inkişafı

600 ha

 (1 massiv)

 

2. Bağçılıq

65 ha

 (4 massiv)

 

CƏMİ

21 039 ha,

(61 massiv)

 

 

• İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq beş il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.

• İnvestisiya layihəsinin istiqaməti: (əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq);

• Ərizə qəbulunun başlanma vaxtı: (30 aprel 2026-cı il, saat 09:00)

• Ərizə qəbulunun bitmə vaxtı: (15 iyun 2026-cı il, saat 18:00)

• Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS - eagro.az)

• Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):

• layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları);

• satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);

• məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;

• layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;

• istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);

• layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);

• layihə üzrə risklərin qiymətləndirilməsi;

• layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;

Təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli (balıqçılıq və aqroturizm istisna) və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341)

Təqdim olunacaq investisiya layihələri (biznes-plan) Qaydaların 4.10-cu bəndində təsbit edilən meyarlar üzrə qiymətləndirilir və ən yüksək nəticə əldə etmiş iştirakçı müsabiqənin qalibi hesab olunur.

Biznes planlara tələbləri əks etdirən nümunələrin (çərçivələrin) linki əlavə olunur: https://drive.google.com/drive/folders/1CT2fF6x2sS7SM8SgIvlqw9doLzazQ2j8?usp=sharing

Qaydaların 4.17-ci bəndinə əsasən müsabiqənin qalibi protokolu və ya icarə müqaviləsini imzalamaqdan imtina etdikdə və ya Qaydaların müvafiq olaraq 4.12-ci və 4.16-cı bəndləri ilə müəyyən olunmuş müddətdə imzalamadıqda, növbəti investisiya müsabiqələrinə buraxılmır və bu zaman müsabiqənin nəticələrinin ləğvi barədə Komissiya tərəfindən protokol tərtib edilir.

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS-də qeydiyyatdan keçməli, "Müraciətlərim" bölümündə "Müsabiqədə iştirak" seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlanmalıdır:

- İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;

- hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

- ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;

- ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;

- ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında - maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə etməklə);

- müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən sənəd;

- heyvandarlığın inkişafı istiqaməti üzrə müraciətlərdə tövlə və ya fermaların icarə müqaviləsi.