ABŞ Prezidentinin elçisi Stiv Vitkov ABŞ Prezidenti Donald Trampa Xabarovsk diyarından gətirilmiş qırmızı kürünü hədiyyə edib.
"Unikal" xəbər verir ki, bu barədə regional Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Vitkov Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlara getməzdən əvvəl Moskvadakı Savva restoranında naharda Nikolaevski rayonunda istehsal olunan qırmızı kürünün dadına baxıb. Yemək o qədər güclü təəssürat yaratdı ki, xüsusi elçiyə bütöv bir qutu kürü hədiyyə edildi və Vitkov onu Trampa apardı", - məlumatda qeyd olunub.
Gülayə Mecid
